Azərbaycanda qızıl və gümüş ucuzlaşıb, platin isə bahalaşmaqda davam edir.
Oxu.Az Mərkəzi Banka istinadən xəbər verir ki, oktyabrın 30-da qızılın qiyməti 2087,413 manata qədər azalıb.
Halbuki, ötən gün 1 unsiya üçün 2,125 manat artan qızılın qiyməti 2096,3295 manata qalxmışdı.
Gümüşün də qiyməti dünənki bahalaşmadan sonra ucuzlaşıb və 1 unsiya üçün 24,6736 manata bərabər olub.
Platinin qiyməti artmaqda davam edir - 1420,877 manat. Palladiumun qiyməti isə 1864,6025 manata enib.
| Ad | 29.10.18 | 30.10.18 | |
| Qızıl | XAU | 2096,3295 | 2087,413 |
| Gümüş | XAG | 24,9393 | 24,6736 |
| Platin | XPT | 1416,355 | 1420,877 |
| Palladium | XPD | 1877,14 | 1864,6025 |