"Goldman Sachs'"in hesabatına görə, ilin sonuna qızılın qiyməti 1,250 dollar təşkil edəcək.
Oxu.Az xarici mətbuata istinadən məlumatına görə, analitiklər bildirirlər ki, son iki ay ərzində Vaşinqtonda baş verən hadisələr və dolların zəifləməsi qızılın qiymətinin yüksəlməsində daha böyük rol oynayıb.
Qızıl unsiyası təkcə iyulda 100 dollar bahalaşıb. Bu həftənin əvvəlində isə qızılın unsiyasının qiyməti 1.341.40 dollara qədər yüksəlib.
L.Ə.