Aprelin 8-də qızılın qiyməti bütün zamanların ən yüksək səviyyəsinə - bir unsiya üçün 2 353,79 dollara qədər yüksəlib.
Bu barədə “Financial Times” xəbər verir.
“İnvestorların Federal Ehtiyat Sisteminin bu il faiz dərəcələrini azaldacağına dair siqnallara reaksiya verməsi nəticəsində qızılın qiyməti bazar ertəsi günü bütün zamanların ən yüksək səviyyəsinə çatıb və keçən ayın qazancını artırıb”, - deyə nəşrdə vurğulanıb.
Analitiklərin sözlərinə görə, aktiv bundan başqa Yaxın Şərqdə münaqişənin artması qorxusu, həmçinin mərkəzi banklar və Çin istehlakçılarının tələbi fonunda artıb.