Quba-Xınalıq yolunda qar uçqunu baş verib.
Oxu.Az xəbər verir ki, APA-nın şimal bürosunun verdiyi məlumata görə, qar uçqunu yolun 35-ci km-də qeydə alınıb.
Quba 6 saylı Yol İstismar İdarəsindən verilən məlumata görə, qarın təmizlənməsi üçün əraziyə idarənin texnikası və canlı qüvvəsi cəlb olunub.
Yolun açılması istiqamətində işlər davam etdirilir.
E.Ə.
www.oxu.az