Quşların miqrasiyasını və qonşu ölkələrdə (Türkiyə və Rusiya) quş qripi xəstəliyinin qeydə alınmasını əsas götürərək növbəti monitorinqin iyunun 1-də başlanması nəzərdə tutulur.
Bu barədə Oxu.Az-a Dövlət Baytarlıq Nəzarəti Xidmətindən məlumat verilib.
Xidmət əhaliyə də xəbərdarlıq edib:
“Əhalinin və quşçuluq təsərrüfatı rəhbərlərinin nəzərinə çatdırılır ki, köçəri quşların miqrasiyası ilə əlaqədar ev və sənaye quşları tam qapalı şəraitdə saxlanılmalıdır.
Heyvanlarda (mal-qara, quşlar, balıqlar, arılar, vəhşi heyvanlar və başqaları) özbaşına müalicə, peyvəndləmə və digər tədbirləri aparmağa yol verməsinlər. Eyni zamanda DBNX xatırladır ki, heyvanlar baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə saxlanılmalıdır”.
“Hazırda quş qripi xəstəliyinə və digər iti yoluxucu xəstəliklərə görə respublikamızda epizootik vəziyyət sabitdir. Bu sabitliyi qoruyub saxlamaq üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti aidiyyəti qurumlarla birgə lazımi tədbirlər həyata keçirir” - deyə, xidmətdən bildirilib.
Ülviyyə R. Əli
www.oxu.az