Bakıda keçiriləcək Birinci Avropa Oyunlarında Ermənistanı yunan-Roma üslubunda çıxış edən dörd güləşçi təmsil edəcək.
Oxu.Az News.am-a istinadən xəbər verir ki, bu barədə Ermənistan yığmasının baş məşqçisi Samvel Gevorqyan bəyan edib.
Bakıda xalça üzərinə Avropa çempionu, Olimpiada-2008 və dünya çempionatlarının mükafatçısı Roman Amoyan (55 kq), Miqran Artunyan (66 kq), Karapet Çalyan (75 kq) və Maksim Manukyan (85 kq) çıxacaq.
F.H.
www.oxu.az