Cari ilin yanvar-sentyabr ayları ərzində informasiya və rabitə müəssisələri əhaliyə, müəssisə və təşkilatlara faktiki qiymətlərlə 1.1 milyard manat dəyərində xidmət göstəriblər.
Oxu.Az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu göstərici ötən ilin doqquz ayında olduğundan 12.6 faiz çoxdur.
“Rabitə xidmətinin 72.6 faizi bilavasitə əhaliyə göstərilmiş, mobil telefon xidmətindən əldə olunmuş gəlir 7.3 faiz artaraq 671.1 milyon manata çatıb və bütün gəlirlərin 58.8 faizini təşkil edib”, - məlumatda deyilir.
Gülnarə Zeynalova
www.oxu.az