Bu ilin yanvar-may ayları ərzində rabitə müəssisələri əhaliyə, idarə və təşkilatlara 594,5 milyon manat məbləğində xidmət göstərib.
Oxu.Az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu göstərici 2013-cü ilin müvafiq dövründən 12 faiz çoxdur.
Xidmətlərin 72,5 faizi bilavasitə əhaliyə göstərilib. Hesabat dövründə əhaliyə göstərilən xidmətlər 12,6 faiz artıb.
Gülnarə Zeynalova
www.oxu.az