Aprelin 14-də İsmayıllı rayonunda Əmək yarmarkası keçiriləcək.
Bu barədə Oxu.Az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, yarmarka rayonun Gənclər Mərkəzində təşkil olunacaq.
Yarmarkada 46-ı dövlət, qalanları özəl sektora məxsus 78 müəssisə üzrə 270-ə yaxın boş (vakant) iş yeri işsiz və işaxtaran vətəndaşlara təqdim olunacaq. Onlardan 122-si qulluqçu, 143-fəhlə peşələri üzrə olan iş yerləridir. Boş iş yeri təqdim edən müəssisələrin nümayəndələrinin də iştirak edəcəyi tədbirdə əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına, ödənişli ictimai işlərə cəlb edilmək istəyənlərin qeydiyyatı da aparılacaq.
Qeyd edək ki, bununla nazirlik bölgələrdə Əmək yarmarkalarının təşkilinə start verib.