Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Rəşad Nəbiyev: “2024-cü ilin sonuna qədər ölkədə 100% yüksəksürətli internet təchizatını təmin edəcəyik”
“Azərbaycanda innovasiya ekosisteminin yaradılması istiqamətində bir çox layihələr nəzərdən keçirilib”.
Oxu.Az xəbər verir ki, bunu Bakıda keçirilən “InMerge” İnnovasiya Sammitinin açılış mərasimində çıxış edən Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.
R.Nəbiyev bildirib ki, Azərbaycanın İKT məhsullarının ixracı üzrə haba çevrilməsi üçün işlər aparılır:
“Buraya İKT məhsullarının ixracı habı, outsorsinq hab, innovasiya habı və biznes habı daxildir. Əhalisi çox olan ölkələrin bir çoxu biznes habına çevrilir. Amma Azərbaycanın əhalisinin çox olmaması, dünya okeanına birbaşa çıxışımızın olmaması səbəbindən bizə daha çox innovasiya habına çevrilmək sərfəlidir.
Bu baxımdan, beynəlxalq icmanı cəlb etməliyik. Bunun üçün isə hüquqi bazamız yerində olmalıdır. İnnovasiya habının beş əsas komponenti var.
Onlardan birincisi bazara ədalətli çıxışın təmin edilməsi, qanunun aliliyidir.
İkincisi - mədəniyyətin, müxtəliflik düşüncə tərzinin formalaşmasıdır. Digəri infrastrukturun olmasıdır. Hansı ki, buraya internet və digər infrastrukturlar daxildir.
Digər məsələyə gəlincə, biz beynəlxalq şirkətlərə müraciət etmişik, onların əsas tələbləri avtomobil yollarında təhlükəsizlikdir və bunun üçün çalışırıq.
2024-cü ilin sonuna qədər ölkədə 100% yüksəksürətli internet təchizatını təmin edəcəyik”.
Könül Cəfərli
"Rəşad Nəbiyev" teqi üzrə xəbərlər
- Rəşad Nəbiyev: "Hadisənin başvermə səbəbləri və təfərrüatı ətraflı şəkildə öyrəniləcək"
- Rəşad Nəbiyev: "Təyyarədə oksigen balonunun partlaması iddiasını Rostovdakı dispetçer irəli sürüb"
- Nazir: "Azərbaycan beynəlxalq məsləhətçiləri təyyarə qəzasının araşdırma prosesinə cəlb edib"
- Rəşad Nəbiyev: "Qalıqlar və şahid ifadələri deməyə əsas verir ki, təyyarəyə kənar müdaxilə olub"
- Nazirlərlə görüşmək istəyən vətəndaşların nəzərinə: Yanvarda qəbul günləri açıqlandı