2018-ci il oktyabrın 31-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 5 milyard 536 milyon dollar təşkil edir.
Oxu.Az xəbər verir ki, 2017-ci ilin sonuna AMB-nin valyuta ehtiyatları 5 milyard 334 milyon dollar olub.
Beləliklə, bu ilin yanvar-oktyabr aylarında Mərkəzi Bankın valyuta ehtiyatları 3,78% artıb.
Oktyabrda AMB-nin valyuta ehtiyatları 0,03% və ya 1,9 milyon dollar çoxalıb.
Xəbər verildiyi kimi, ötən il Mərkəzi Bankın valyuta ehtiyatları 34,2% artıb.
Rəsmi valyuta ehtiyatlarının artım dinamikası, milyon AZN ilə:
| 31.10.2018 | 5536.4 |
| 28.09.2018 | 5534.5 |
| 31.08.2018 | 5503.5 |
| 31.07.2018 | 5546.9 |
| 29.06.2018 | 5512.7 |
| 31.05.2018 | 5471.4 |
İlhamə Abdullayeva
www.oxu.az