Türkmənistna prezidenti Qurbanqulu Berdımuhəmmədov "Avaza" milli turizm zonasında yerləşən konqress mərkəzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) rəhbəri Rövnəq Abdullayevi qəbul edib.
Görüşdə Azərbaycanın Türkmənistandakı səfiri Vəhdət Sultanzadə də iştirak ediblər.
Oxu.Az Türkmənistan prezidentinin rəsmi saytına istinadən xəbər verir ki, görüş zamanı Rövnəq Abdullayev başçılıq etdiyi şirkətin Türkmənistanla əməkdaşlıqda maraqlı olduğunu bildirib.
Bundan başqa, yanacaq-energetika və nəqliyyat-kommunikasiya sahələrində qarşılıqlı əlaqənin müxtəlif aspektləri, qarşılıqlı faydalı olacaq birgə layihələrin həyata keçirilməsi perspektivləri müzakirə olunub.