Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Yunanıstanın Qaz Nəqli Sisteminin Operatoru olan DESFA şirkətinin səhmlərinin alınması barədə razılaşmanın Avropa Komissiyası tərəfindən təsdiqləməyəcəyi barədə mətbuatda yazılanlara münasibət bildirib.
Oxu.Az xəbər verir ki, SOCAR-dan APA-Economics-ə verilən məlumata görə, şirkət tərəfindən Yunanıstanın Qaz Nəqli Sisteminin Operatoru olan DESFA şirkətinin səhmlərinin 66%-nın alınması barədə Avropa İttifaqı antiinhisar orqanlarına, alqı-satqı prosesinin rəsmiləşdirilməsi məqsədi ilə göndərilmiş sonuncu bildiriş kontekstində, daha dərin araşdırmaların aparılması üçün Avropa Komissiyası tərəfindən II Mərhələnin açılışı müəyyən edilib.
II Mərhələdə aparılan araşdırmalar, adətən, 90 iş günü ərzində həyata keçirilir. Yekun qərarın 2015-ci ilin birinci yarısında veriləcəyi gözlənilir.
SOCAR, Avropa Komissiyasının müvafiq xidmətləri tərəfindən bu prosesə sərf edilmiş və ediləcək zaman, səy və resursları yüksək qiymətləndirir və qısa müddət ərzində bu prosesin başa çatdırılması üçün Komissiya ilə konstruktiv əməkdaşlığı davam etdirəcəyini bildirir.
13:14
Avropa komissiyası Yunanıstanın DESFA qaz nəqli şirkətinin payının satılması şərtlərini tədqiq edəcək.
Oxu.Az dw.de-yə istinadən xəbər verir ki, bu sazişdə Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) maraqlıdır.
Avropa komissiyası DESFA qaz nəqliyyatı şirkətinin hissələrini Azərbaycandan olan enerji konserni SOCAR-a satılmasının qanuni olmasını şübhə altına alıb.
Aİ antimonopoliya idarəsi üçüncü gün noyabr ayının 5-də xəbər verib ki, hazırlanan saziş üzrə müvafiq yoxlamalar başlayıb.
Avropa məmurları Yunanıstanın qaz bazarında rəqabətin aşağı düşəcəyinə dair çəkindikləri bəzi şeylər var.
İdarə 2015-ci ilin mart ayının axırında qərar qəbul etməlidir, agentlik xəbər verib.
SOCAR DESFA şirkətinin üçdə birini 400 milyon avroya almaq niyyətindədir. Saziş 3500 km-lik Transadriatik qaz kəmərinin tikinti layihəsi ilə əlaqədardır.