Dünya iqtisadiyyatının üzləşdiyi qlobal problemlər ənənəvi iqtisadi və sosial inkişaf modelinə yenidən baxmaq zərurəti yaradır.
Oxu.Az Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, bu sözləri komitə sədri Rüfət Aslanlı Azərbaycan Banklar Assosiasiyasının üzvləri ilə görüşündə deyib.
R.Aslanlı uzaq perspektivə hesablanan inkişaf strategiyasının bugünkü çağırışlara düzgün cavabların tapılmasından asılı olduğunu vurğulayıb.
Sədr ortamüddətli perspektiv üçün əsas məqsədin iqtisadiyyatın kapitala olan tələbatını təmin etmək üçün effektiv infrastrukturun formalaşdırılmasına və maliyyə mənbələrinə çıxış imkanlarının genişləndirilməsinə nail olmağın vacibliyini qeyd edib.
Öz növbəsində, Assosiasiyanən sədri Zakir Nuriyev yeni çağırışlara uyğun qurulacaq iqtisadi modernizasiya siyasətinin formalaşdırılmasında bank sektorunun önəmini xüsusi vurğulayıb.
Ülviyyə R. Əli
www.oxu.az