Neft sektorunda 60 min insan işə götürülüb. İnanmıram ki, onlar neftin ucuzlaşmasına görə işdən çıxarılsın.
Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycan İnvestisiya Forumunda çıxışı zamanı Azərbaycanda İxrac və İnvestisiyaların Təşviqi Fondunun prezidenti Rüfət Məmmədov neftin ucuzlaşmasının əmək bazarına təsirindən danışarkən bildirib.
Onun sözlərinə görə heç bir panikaya ehtiyac yoxdur.
“Biz digər sektorlarda da səmərəliliyi artırmalıyıq. Bilirsiz ki, neftin ucuzlaşmasının əmək bazarına təsiri qısamüddətlidir”, - deyə, R.Məmmədov bildirib.
Ülviyyə R. Əli
www.oxu.az