“Qazprom” iyunda Azərbaycan tərəfi ilə Rusiya qazının nəqli ilə bağlı danışıqlar aparacaq.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə “Qazprom”un İdarə Heyəti sədrinin müavini Aleksandr Medvedyev bildirib.
“Azərbaycan tərəfi maraq göstərir. Yaxına vaxtlarda, hətta ola bilsin ki, Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində bununla bağlı danışıqlar aparacağıq və Azərbaycan tərəfinin tələbatını öyrənəcəyik. Bildiyimiz odur ki, Azərbaycan tərəfinə Rusiya qazı lazımdır”, - A.Medvedev deyib.