Rusiyanın “Transneft” şirkəti Bakı-Novorossiysk neft kəmərinin Bakı-Mahaçqala hissəsinin müvəqqəti dondurulması (konservasiyası) istiqamətində işlər aparır.
Oxu.Az APA-Economics-ə istinadən xəbər verir ki, İTAR-TASS-ın verdiyi məlumata görə, buna səbəb Rusiya ilə Azərbaycan arasında neftin nəqlinə dair kommersiya razılaşmasının bağlanmasıdır.
“Transneft”in nümayəndəsi İqor Deminin sözlərinə görə, Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) nümayəndələri ötən ilin may ayında ləğv edilmiş hökumətlərarası sazişdən sonra, hələ də Azərbaycan neftinin Rusiya ərazisindən nəqli ilə bağlı yeni kommersiya müqaviləsinin hazırlanması ilə bağlı rəsmi danışıqlar başlamayıb.
İ.Demin deyib ki, fevralın əvvəlində “Transneft” şirkətinin Azərbaycan neftinin Rusiya ərazisi ilə nəqlinə dair bütün səlahiyyətləri bitir. Müqavilə uzadılmasa, şirkət boru kəmərinin Mahaçqaladan Novorossiyskə qədər olan hissəsinə Dağıstan paytaxtının limanına gətirilən nefti vuracaq.