“Troebortnoe” (RF) çoxtərəfli avtomobil məntəqəsinə Ukraynanın “Torqoviy dom Levada” MMC-dən dondurulmuş yarımfabrikatların partiyası daxil olub.
Oxu.Az Bryansk və Smolensk vilayətlərinin Rusiya kənd təsərrüfatı nəzarəti idarələrinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, Rusiya kənd təsərrüfatı nəzarəti idarələrinin yoxlaması zamanı müəyyən edilib ki, 6 tondan çox çəkisi olan yük Azərbaycanın “AVREO” MMC-si üçün təyin edilib.
Amma Rusiya ərazisindən tranzit üçün icazə verilməyib.
Bundan başqa, təqdim edilən veterinar şəhadətnaməsi qeydiyyatda normativ baza tərəfindən yolverilməz səhvlərə malik olub.
Tranzitin ölkə üçün təhlükə daşıması səbəbindən yük göndərənə geri qaytarılıb.
Qeyd edək ki, “Levada” şirkəti Ukraynada iri yarımfabrikatlar istehsalatçısıdır. Şirkət düşbərə, blinçiklər, xingal və s. istehsal edir.