İran-Ermənistan dəmiryolu qovşağının yaradılması üzrə layihə səmərəsizdir.
Oxu.Az xəbər verir ki, bu barədə “Rusiya Dəmir yolu” ASC-nin prezidenti Vladimir Yakunin, Armİnfo-nun müxbirinə bu dəmiryol magistralının inşasının məqsəduyğunluğu barədə suala cavab verərkən bildirib.
RDY-nın rəhbəri bu layihənin perspektivinin olmadığından əmindir – “bu divarda sonsuzluğa açılan pəncərəyə bənzəyir... qonşu evin divarına”.
Vladimir Yakunin 2012-ci ildə bəyan etmişdi ki, İran-Ermənistan dəmir yolunun inşası real əsasa malikdir.
“Biz bu istiqamətdə çalışırıq, amma onun realizəsi dövlətlərarası münasibətlər sahəsinə aiddir və bizdən asılı deyil”, - Yakunin 2012-ci ilin fevral ayının 16-da İrəvanda bəyan etmişdi.
Eləcə də 2010-cu ildən “Rusiya Dəmir Yolu” şirkətinin İran-Ermənistan dəmir yolunun texniki binasının layihəsini tərtib etdiyi məlumdur, və o zaman “Cənubi Qafqaz Dəmir Yolu” şirkətinin direktoru Şövkət Şaydullin bəyan etmişdi ki, Moskvada fəaliyyət göstərən “Hiprotransproyekt” şirkəti də İran-Ermənistan dəmir yolunun texniki-iqtisadi əsasını işləyəcək.
Avropa ekspertlərinin qiymətləndirməsinə görə, dəmir yolunun inşası 4 milyard dollara başa gələcək. Bununla yanaşı, erməni layihə institutunun qiymətləndirməsinə görə, daha kiçik məbləğ alınır: bütün inşaat 1,8 milyard dollara başa gəlir.