Türkmənistanın “Türkmənqaz” dövlət konserni elan edib ki, Rusiyanın “Qazprom” MMC şirkəti türkmən təbii qazının alışının dayandırıldığı barədə xəbərdarlıq edib.
Oxu.Az xəbər verir ki, bu barədə “Türkmənqaz”ın yaydığı press-relizdə vurğulanır.
“Türkmənqaz”ın tərəfdaşlarından biri olan Rusiyanın “Qazprom eksport” MMC müəssisəsi 2016-cı ilin yanvarından türkmən təbii qazının qəbulunun dayandırıldığı barədə xəbərdarlıq edib”, - deyə, məlumatda qeyd olunur.
Bundan əvvəl Türkmənistanın Neft-qaz sənayesi və mineral ehtiyatlar nazirliyinin saytı “Qazprom”un ödəniş qabiliyyətli olmadığını elan etmişdi.