Rusiyanın Kənd təsərrüfatı məhsullarına nəzarət xidməti (Rosselxoznadzor) Rusiya ərazisindən keçməklə Ukraynadan Azərbaycana 60 tona yaxın süd məhsullarının gətirilməsinin qarşısını alıb, qurumun Bryansk və Smolensk vilayətləri üzrə idarəsinin məlumatında bildirilir.
Ukraynanın PAO “Kupyanski Moloçnokonservniy kombinat” şirkətinin istehsalı olan konservləşdirilmiş süd məhsulları partiyası “Bryansk-Lqovsk” dəmir yolu buraxılış məntəqəsinə dünən daxil olub.
“Ümumi çəkisi 59 701 kq olan yük Azərbaycanda OOO KOMRAD şirkətinə aparılmalı imiş və Ukraynanın Dövlət baytarlıq xidmətinin verdiyi şəhadətnamə ilə müşayiət olunurmuş”, - deyə, məlumatda bildirilir.
Baytarlıq nəzarətinin həyata keçirilməsi zamanı Azərbaycanın Baytarlıq xidmətindən məhsulun ölkəyə gətirilməsinə icazənin olmadığı aşkarlanıb.
Rosselxoznadzor qatılaşdırılmış südün göndərən şirkətə qaytarılması barədə qərar qəbul edib.