Rusiya Mərkəzi Bankı 7 avqust tarixində “Qeorqiy Pobedonosets”in əksi olan 3 rub dəyərində gümüş sikkələr buraxacaq.
Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, sikkələrin tirajlama sayı 500 min ədəddir. Yeni sikkələrin diametri 39 millimetr təşkil edəcək.
Sikkələr Rusiya Federasiyası ərazisində heç bir məhdudiyyət qoyulmadan nominal kimi qəbul ediləcək.
L.Ə.