Bakıda çay evlərindən birində xuliqanlıq hadisəsi baş verib.
Oxu.Az lent.az-a istinadən xəbər verir ki, polisə müraciət edən 1988-ci il təvəllüdlü Yeganə Rəsulova bildirib ki, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsi 6 ünvanındakı çay evində tanışı tərəfindən xuliqanlıq zəminində döyülüb. Şikayətçi qadın onu döyən şəxsin adının İlkin olduğunu, lakin həmin şəxs barəsində başqa məlumatının olmadığını deyib.
Araşdırma aparılır.
A.M.