Rusiyada ipoteka kreditləri üzrə orta faiz dərəcəsi oktyabrda tarixi minimumuna enərək 9,95 faiz təşkil edib.
Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, oktyabrda 213,1 milyard rubl dəyərində 112 min ilkin ipoteka krediti rəsmiləşdirilib.
İlin əvvəlindən bankların müştəriləri 1,5 trilyon rubl dəyərində 800 min ipoteka krediti alıblar.
L.Ə.