Rusiyadan Azərbaycana biletlərin satışı 90% artıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə “Skyscanner” – bilet və otellərin axtarış servisinin tədqiqatında deyilir.
Tədqiqat çərçivəsində resurs 260 min Rusiya səyahətçisini sorğuya cəlb edib, eləcə də sayt vasitəsilə aviabiletlərin bronlarını təhlil edib.
Resursun məlumatına görə, bronların yarısından çoxu (52%) Rusiya kurortlarının payına düşür. Ümumilikdə yay mövsümünün nəticələrinə görə, rusiyalıların 60% öz ölkəsində dincəlir, bir il öncə bu göstərici 50% idi.
Tədqiqatın nəticələrinə görə, daxili istiqamətlərdən başqa, rusiyalılar yaxın xaricdə istirahət etməyə üstünlük verirlər. Keçən il ilə müqayisədə Gürcüstana olan biletlərin satışları iki dəfə, Azərbaycana 90% artıb, Bolqarıstanda istirahət edənlərin say 31%, Qazaxıstanda 20%, Ermənistana üstünlük verənlərin sayı isə 16% artıb.
Rusiyalılar arasında ən populyar istirahət istiqamətləri İspaniya və İtaliyadır, “Skyscanner” qeyd edir ki, onlar artıq öz mövqelərindən geri çəkilirlər.