2013-cü il üçün Rusiyadan Azərbaycana 891 milyon dollar pul köçürülüb.
Müqayisə üçün nəzərinizə çatdıraq ki, 2012-ci ildə köçürmənin məbləği 1 milyard 200 milyon dollar idi. Həmin məbləğin 600 milyon rəsmi, geri qalan 600 milyonu isə qeyri-rəsmi kanallarla köçürülmüşdü.
Oxu.Az xəbər verir ki, bunu Exo-ya miqrasiya eksperti Azər Allahverdiyev bildirib.
Onun sözlərinə görə, Rusiyadan gələn pul köçürmələrinin məbləğinin azaldılması tendensiyası gözlənilir.
Azər Allahverdiyev deyib:
“Rusiyadan Azərbaycana köçürülən pul köçürmələrinin həcmi azaldılacaq. Ötən il ərzində Rusiyadan başqa MDB ölkələrinə Azərbaycana nisbətən daha az pul köçürülməsinin iki səbəbi var.
Birincisi, Rusiyada çalışan Azərbaycan miqrantlarının sayı ildən-ilə azaldılır. Rusiyada 600-650 min azərbaycanlı yaşayır. Onlardan 100 mini əmək mühaciri hesab edilir. Üç il bundan əvvəl isə bu rəqəm 250 min idi. Digər tərəfdən, bizim mühacirlər pul köçürmənin kölgəli yönündən istifadə etməyə üstünlük verirlər.
Çünki bu, onlar üçün daha sərfəlidir. Amma Rusiya tərəfinin pul köçürmənin örtülü yollarla həyata keçirilməsi ilə mübarizə apardığı bir dövrdə rəsmi köçürmədən daha çox istifadə olunmağa başlanıb. Təbii ki, bu amillər maliyyə axınının həcmində özünü biruzə verir”.
Ekspertin sözlərinə görə, 5 il bundan əvvəl Rusiyadan Azərbaycana rəsmi və qeyri-rəsmi yollarla 2 milyard dollar pul köçürülüb.
Rusiyanın Mərkəzi Bankının verdiyi məlumata görə, 2013-cü ildə Rusiyadan Azərbaycana MDB-nin başqa ölkləri ilə müqayisədə daha çox pul köçürülüb.
Müqayisə üçün faktlara nəzər salaq, ötən ilin 8 ayı üçün (yanvardan sentyabra qədər): Rusiyadan : Moldovaya – 1,513 milyard dollar, Qırğızıstana – 1,41 milyard dollar, Ermənistana – 1,21 milyard dollar, Azərbaycana – 891 milyard dollar, Qazaxıstana – 53 milyon dollar və Türkmənistana – 23 milyon dollar pul köçürülüb.
Rusiyanın Mərkəzi Bankının məlumatına görə, şəxsi köçürmələrin əsas həcmi təsərrüfat hesabınadır. Belə gəlirlər xaricdə yerləşən və əsasən daimi və ya müvəqqəti mühacirətdə olan təsərrüfat sahibləri tərəfindən edilir.