2S31 “Vena” özüyeriyən artilleriya qurğusu ilk dəfə İDEX-97 silah sərgisində nümayiş etdirilsə də, həmin vaxtdan öz dövrü üçün qabaqcıl olan bu texnikaya alıcı tapılmırdı.
Lakin görünür “buz yerindən tərpənib” və “Kurqanmaşzavod” Azərbaycanın sifariş etdiyi 18 ədəd “Vena”nın istehsalına başlayıb, Rusiyanın mətbuatı yazır.
Bundan əvvəl Rusiya Azərbaycana tanklar, piyadaların döyüş maşınları (PDM) və artilleriya qurğularından ibarət hərbi texnika satmışdı.
“Vedomosti” qəzetinin məlumatına görə, müqaviləyə 94 ədəd T-90S tankı, təxminən 100 ədəd PDM-3, 18 ədəd “MSTA-S” özüyeriyən artilleriya qurğusu, 18 ədəd “Smerç” reaktiv yaylım atəş sistemi, 18 ədəd “Vena” və 6 ədəd “TOS-1A “Solntsepyok” ağır alovsaçan sistem daxildir.
Qeyd edək ki, 2S31 “Vena” PDM-3-ün bazasında hazırlanmış 120 millimetr çaplı artilleriya qurğusudur. O, 13 km məsafədə düşmənin canlı qüvvəsi və texnikasını məhv etməyə qadirdir. “Vena” Perm şəhərində, Motovilixin zavodlarında hazırlanıb.
www.oxu.az