Bu gün dərs mövsümünün başlanması ilə Bakı şəhərinin əsas küçə və prospektləri tıxanıb.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı bildirdi ki, Heydər Əliyev prospekti şəhər istiqamətində, Yusif Səfərov küçəsi hər iki istiqamətdə, Nobel prospektinin Süleyman Əhmədov küçəsi ilə şəhər istiqamətində kəsişməsində, Babək prospekti şəhər istiqamətində, İnşaatçılar prospekti, Moskva prospekti Avtovağzaldan Nəqliyyat Nazirliyinə, Bakıxanov prospektindən isə İzmir küçəsinə qədər olan hissədə güclü tıxac var.
Digər küçələrdə sıxlıq olsa da, hərəkət dayanmayıb.
www.oxu.az