Bu gün Azərbaycanda yeni tədris ili başlayıb.
Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, 2013-2014-cü dərs ilində ölkənin ümumtəhsil məktəblərinin birinci siniflərinə 141 166 şagird gedib.
Onlardan 74 998 nəfəri oğlan, 66 168 nəfəri isə qızdır. Yeni tədris ilində Bakı şəhərindəki ümumtəhsil məktəblərinin I sinfinə 36 102 şagirdin qəbulu gözlənilir.
Bu il Bakı şəhəri üzrə xüsusi istedada malik 2 400-ə yaxın uşaq I sinfə qəbul olunub. Bu il 33 745 abituriyent ilk dəfə olaraq tələbə kimi ali məktəbə gedəcək.
Xatırladaq ki, sentyabrın 15-i bazar gününə təsadüf etdiyi üçün, yeni tədris ilinin ilk dərs günü sentyabrın 16-da başlayıb.