Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Sabah Bakının bir rayonunda qaz olmayacaq
Sabah Bakının Suraxanı rayonunun bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq.
Bu barədə Oxu.Az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, iyulun 18-də saat 10:00-dan etibarən Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən orta təzyiqli qaz kəmərində aparılacaq təmir-quraşdırma işləri ilə bağlı yüksək təzyiqli magistral qaz kəməri üzərində quraşdırılmış "Qaraçuxur əhali" ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.
Qaz təchizatı dayandırılan müddətdə Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dədə-Qorqud, Bahar yaşayış massivləri, MİDA yaşayış kompleksinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
"Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR)" teqi üzrə xəbərlər
- Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
- SOCAR-ın idarəsi dövlət müəssisələri arasında qeyri-neft-qaz ixracı üzrə liderliyini saxlayır
- "Azəriqaz" tərəfindən illik 8.4 milyard kubmetr qazın qəbulu və satışı həyata keçirilir
- SOCAR-ın "Sosial qayğı proqramı" çərçivəsində Daun sindromlu uşaqlar üçün tədbir təşkil olunub
- Azərbaycanla Səudiyyə Ərəbistanı arasında anlaşma memorandumları imzalanıb