Sabah saat 09:00-dan 19:00-dək Hacıqabul magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq.
Bu barədə “Azəriqaz” İB-dən Oxu.Az-a bildirilib.
“Təmir işləri aparılan müddətdə 2 kəndin - Kürdəmir rayonunun Sığırlı və Çöhranlı kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq”, - deyə İB-dən bildirilib.
Ülviyyə R. Əli
www.oxu.az