Sabirabad rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq.
Oxu.Az xəbər verir ki, “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, bu gün saat 14:00-dan 16:00-dək Sabirabad rayonunun bir hissəsinə təbii qazın verilişində məhdudiyyət olacaq.
Fasilələrin yaranması qaz nəqli şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədardır.