Azərbaycanın ilk dağ-xizək turizm kompleksi Şahdağda daha bir otel inşa olunur.
Oxu.Az abc.az-a istinadən xəbər verir ki, kompleksin müdiriyyətindən növbəti otelin beşmərtəbəli olacağını bildiriblər.
“Otelin adı və inşaat işlərinin başa çatacağı dəqiq tarix hələ dəqiqləşdirilməyib”, - deyə, müdiriyyətdən bildiriblər.
Qeyd edək ki, indi kompleksin ərazisində üç otel – “Shahdag Hotel & SPA” (5 ulduz), “Zirvə” (4 ulduz) və “Pik Palace” (5 ulduz) fəaliyyət göstərir.