“Şahdəniz” yatağından hasil olunan qazın pik həcmi 35 mlrd. kubmetrə çata bilər.
Oxu.Az APA-Economics-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Natiq Əliyev bildirib.
Nazir deyib ki, proqnozlara görə, “Şahdəniz” yatağından ildə 25 milyard kubmetr qaz hasil etmək mümkün olacaq:
“Bundan ildə 9 milyard kubmetri “Mərhələ 1”, 16 milyardı isə “Mərhələ 2” çərçivəsində hasil etmək mümkün olacaq. Düşünürəm ki, yatağın pik hasilat gücü az göstərilib. Bu rəqəm ildə 30 və hətta 35 milyard kubmetrə çata bilər”.
Nazir həmçinin qeyd edib ki, 1,2 trilyon kubmetr qaz ehtiyatlarına malik “Şahdəniz” unikal bir yataqdır.