“AZAL” klubunun tanınmış yarımmüdafiəçisi Orxan Həsənov öz İnstagram səhifəsində paylaşdığı foto ilə diqqəti öz üzərinə çəkib, Milli.Az xəbər verir.
Oxu.Az xəbər verir ki, futbolçu soyuq silah hesab olunan beşbarmağı əlinə taxaraq şəkil çəkdirib.
Bu məsələ ilə bağlı Oxu.Az “AZAL” klubunun yarımmüdafiəçisi Orxan Həsənovla əlaqə saxlayıb.
Orxan Həsənov şəklinə belə aydınlıq gətirdi:
“Bu, sadəcə oyuncaq beşbarmaqdı və mən də çəkib paylaşdım. Düşünməzdim ki, belə şişirdəcəklər. Oyuncağı reallığa çevirməsinlər”.
Nərmin Kazımova
www.oxu.az