2014-cü il ərzində “Şahdəniz” üzrə fəaliyyətlərə təqribən 0,4 milyard dollar əməliyyat xərcləri və 3,9 milyard dollar əsaslı xərclər çəkilib. Əsaslı xərclərin böyük əksəriyyəti Şahdəniz Mərhələ 2 layihəsinə aid olub.
Bu barədə Oxu.Az-a BP-Azerbaijan-dan məlumat verilib.
İl ərzində yataqdan 9,9 milyard standart kubmetr qaz və 2,3 milyon ton (18,7 milyon barel) kondensat hasil edilib.
“2014-cü il ərzində “Şahdəniz” yatağı Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), BTC şirkəti və Türkiyə (BOTAŞ şirkətinə) bazarları üçün qaz hasilatını davam etdirib”-deyə, şirkətin məlumatında deyilir.
Qeyd edək ki, BP (operator – 28,8%), AzŞD (10%), Cənub Qaz Dəhlizi Upsrim (6.7%) Statoil (15,5%), LUKOYL (10%), NİKO (10%), və TPAO (19%) “Şahdəniz”də hasilat paylarına malikdir.