Azərbaycan İqtisadiyyat Nazirliyinin yanında fəaliyyət göstərən Sahibkarlığa yardım Milli fondu (SYMF) 2014-cü ilin birinci rübündə 44,666 milyon manat dəyərində 1014 layihə maliyyələşdirib.
Oxu.Az Day.az-a istinadən xəbər verir ki, fondun balansının bu məlumatları 30 apreldə rəsmi mətbuatda dərc edilib.
SYMF kreditlərinin hesabına bu layihələrin realizəsinin 80,7 faizi aqrar sənayedə olan 2459 yeni iş yerinin açılmasına səbəb olacaq.
SYMF yanvar-mart ayları ərzində istehsalat və sənaye mallarının yenidən emalı üzrə müxtəlif sahələr üzrə 10,511 milyon manat dəyərində 39 layihə maliyyələşdirib.
Kənd təsərrüfatı mallarının istehsalatı üzrə 972 layihə üçün 21,755 milyon manat, xidmət sahəsi üzrə üç layihə üçün isə 12,4 milyon manat vəsait ayrılıb.
Hesabat dövrü ərzində Milli Fond 11,11 milyon manat (verilən kreditlərin ümumi portfelinin 24,9 faizi) dəyərində 993 kiçik kredit (kreditlərin ümumi sayının 97,9 faizi) verib. Hesabat dövrü ərzində 32,7 milyon manat (73,2 faiz) 15 (1,5 faiz) iri məbləğli kredit verilib.
2014-cü ildə Milli Fond 280 milyon manatlıq kredit vermək fikrindədir, bunun 150 milyon manatı qaytarılan kreditlərin, qalan 130 milyon manatı isə dövlət büdcəsi hesabına veriləcək.
Qeyd edək ki, SYMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi səlahiyyətli banklar və qeyri-bank kredit təşkilatları tərəfindən həyata keçirilir, onların ümumi sayı 44-dür (Trend).