Heç vaxt qanunsuzluqla qanunsuzluğa, mədəniyyətsizliklə mədəniyyətsizliyə qarşı mübarizəni qəbul etməmişəm və etmirəm.
Leyla Yunusun həmin hadisələrdəki davranışı, istənilən qanunsuzluğa baxmayaraq, nə hüquq müdafiəçisinə, nə azərbaycanlı xanımına yaraşmır.
Oxu.Az xəbər verir ki, bunu tanınmış hüquq müdafiəçisi Aslan İsmayılov Leyla Yunusun qalmaqallı davranışını şərh edərək öz Facebook səhifəsində yazıb.
Hüquqşünas qeyd edib ki, hakimiyyətin Leyla Yunusun evində axtarış üçün qanuni sənədləri təqdim etməsinə baxmayaraq onlara inanan yoxdur.
Elvin Əhmədov
www.oxu.az