Aprelin 28-də Saatlı rayonunda Mustafabəyli kənd sakini, 18 yaşlı Rəmziyyə Əlibala qızı Şəmmədova yaşadığı həyətdə özünü ağacdan asıb.
Oxu.Az Teleqraf.com-a istinadən xəbər verir ki, onun atası tərəfindən öldürülərək asıldığı da ehtimal olunur.
Atası isə bu məlumatı inkar edib. Paytaxtda fəaliyyət göstərən hüquq müdafiəçilərinə çatan xəbərlərə görə, Rəmziyyə Şəmmədova ölümündən iki gün əvvəl Sabirabad sakini olan sevdiyi oğlanla qaçıbmış. Daha sonra evlərinə qayıdan qız atası və qardaşı tərəfindən qəddarlıqla döyülüb. Qızın ailənin zorakı təzyiqlərinə dözməyərək özünü asdığı da deyilir.
Rayon polislərinin qızın atasını yasa görə sərbəst buraxdığı iddia olunur.