Bu ilin yanvar-sentyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu 101,9 milyon manat güzəştli kredit verib.
Bu barədə Sahibkarlığın İnkişafı Fondu məlumat yayıb.
Bildirilib ki, həmin vəsait sahibkarların 2 105 layihəsinin maliyyələşdirilməsinə yönəldilib.
Fond 9 ayda ayırdığı kreditlər hesabına 1 505 yeni iş yerinin yaradılması nəzərdə tutulur.