Ümumi iqtisadiyyatımızda cəmi vergi yükü 15.9 faizdir.
Oxu.Az-ın məlumatına görə, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib:
"Bu parametrlər göstərir ki, Azərbaycan çox güzəştli və sahibkarlar, özəl sektor üçün əlverişli rejim yaradıb. Faktiki olaraq biz icmal gəlirlərimizin 2/3-ni neft gəlirlərindən azad etmişik. Neft-qaz amilindən asılılığımızı daha da azaldacağıq. Büdcənin dayanıqlılığı, sağlamlığı, kənar amillərin büdcəyə təsirlərinin azaldılması üçün təklif olunan büdcə zərfi bizə ciddi imkanlar yaradır. Yaradılan yeni rejim çox əlverişlidir, kifayət qədər güzəştlidir. Bu büdcə zərfi növbəti il ərzində iqtisadiyyatımızın, sahibkarlığın inkişafı və özəl sektorun inkişafı üçün geniş imkanlar yaradır".
Samir Əli