O qeyd edib ki, hansısa valyutanın qiymətdən düşməsi nisbidir:
“Biz valyutaların arxasınca düşmürük, hansı qalxdısa, qaçıb ondan almırıq. Bu gün manatda da elə vəziyyətdir. Dollar qalxdı, hamı qaçdı dollar aldı. Sonra manat lazım olanda manat aldılar və uduzdular”.
Ş.Mövsümov deyib ki, Neft Fondu portfelini müxtəlif valyutalarda saxlayır:
“Bunu ona görə edirik ki, bu dəyərsizləşmə ümimilikdə portfelimizə təsir etməsin”.