“Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) makroiqtisadi sabitliyin təmin olunması üçün Mərkəzi Banka (AMB) 2 mlrd. 279 mln. manat transfert edib”.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov deyib.
Onun sözlərinə görə, bu il Neft Fondundan AMB-yə 7,5 mlrd. manatın transfert edilməsi nəzərdə tutulub:
“Bizim hesablamalarımız və proqnozlarımız onu göstərir ki, bu transfert tam həcmdə icra olunmayacaq”.
U.A.
www.oxu.az