“Rosaviasiya” üç aviaşirkətə Samaradan Bakıya müntəzəm reyslər həyata keçirmək üçün icazələr verib.
Oxu.Az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata əsasən, indi Azərbaycan paytaxtına “Ural hava yolları” (həftədə 5 dəfə), “Koqalımavia” və “Ak Bars Avia” (hər biri həftədə 3 dəfə) uçacaq.
Hazırda Samaranın “Kurumoç” hava limanının qış cədvəlində Bakıya reys yoxdur.