Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi doqquz ay üzrə su təchizatına qoşulma sahəsində görülmüş işlər və ADSEA tərəfindən göstərilən xidmətlərin "KOB evləri"ndə fəaliyyəti mexanizminin tətbiqi barəsində məlumatlandırma xarakterli tədbir keçirilib.
Oxu.Az xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) "KOB evi"ndə keçirdiyi tədbir zamanı KOBİA-nın İdarə Heyəti sədrinin birinci müavini Samir Hümbətov bildirib ki, KOBİA öz mandatına uyğun olaraq, bu tip tədbirləri dəstəkləyir və gələcəkdə belə tədbirlərin daha geniş vüsət alması üçün əlindən gələni edir.
O, ölkəmizdə su ehtiyatlarına olan ehtiyaca diqqət çəkərək bildirib ki, sudan səmərəli istifadə etmək və su ehtiyatlarını qorumaq lazımdır:
"Cənubi Qafqazda su ehtiyatlarının, təxminən, 10 faizi ölkəmizin payına düşür. Ümumilikdə, Cənubi Qafqazda su ehtiyatlarının 68 faizi Gürcüstanın, 28 faizi Ermənistanın payına düşür.
Su ehtiyatımızın 78-80 faizə yaxını transsərhəd sularının hesabına formalaşır. Ona görə su ehtiyatlarından səmərəli istifadə edilməsi, qorunması lazımdır".
Aygün Mirakif