“Samsung” şirkəti Azərbaycan bazarında öz fəaliyyətini dayandırmağı planlaşdırmır.
Bu barədə Oxu.Az-a “Samsung Azərbaycan”dan bildiriblər.
Qeyd olunub ki, “Samsung”un Azərbaycan ərazisində hazırkı marketinq və əməliyyat fəaliyyəti “Samsung Electronics Caucasus Company” MMC tərəfindən icra olunur və onun nəzarəti altındadır.
Xatırladaq ki, iyunun 8-də “Samsung Electronics Central Eurasia” Məhdud Məsuliyyətli Ortaqlığın Azərbaycandakı nümayəndəliyinin ləğv olunması ilə bağlı məlumat yayılmışdı.
Ülviyyə R. Əli
www.oxu.az