Yalnız “Samsung UHD/SUHD” televizoru almaqla, onlar Portuqaliyanın qalib olduğu anın həyəcanını “Stade de France” stadionunda yaşadılar!
30 aprel - 11 iyun tarixlərində “Baku Electronics” şəbəkəsi mağazalarının birində istənilən “Samsung UHD/SUHD” televizoru əldə edən şəxslərə “Avro-2016” finalında iştirak etmək şansı verilmişdir.
“Samsung” televizoru alan hər bir şəxs xüsusi kupon əldə edərək 12 iyun tarixində “Qarabağ” futbol komandası qapıçısı Fərhad Vəliyevə penalti zərbələri vurmaq şansı qazanıb.
10 iştirakçının qoşulduğu bu mübarizədə ən çox qol vuran 3 qalib “Avro-2016”-nın final oyununa qatıldı!
Qaliblər:
- Cəfərov Asəf
- İsdəndərov Emil
- Əkbərli Ramin
Hər bir qalibi təbrik edirik! Qalib ola bilməyən iştirakçılarımız isə üzülməsinlər. Çünki onlar yeni “Samsung UHD/SUHD” televizorları ilə özlərini, demək olar ki, stadionda hiss edə biləcəklər.
Qövs variekranlı “Samsung UHD” və SUHD televizorları ən yüksək görüntü keyfiyyəti təklif edir. UHD məşhur “Full HD” texnologiyasını 4 dəfə üstələyir və ən xırda detalları görməyə imkan verir.
“SUHD Remastering Engine” texnologiyası isə videosiqnal, hətta çox aşağı icazəyə malik olsa belə, istənilən məzmunu UHD keyfiyyətinə yaxın izləmək imkanı yaradır.
Televizorlarda daha dəqiq rəng ötürülməsi üçün “Nano Crystal Color” texnologiyası istifadə olunur. “Samsung Smart TV”-nin yeni əməliyyat sistemi olan “Tizen” filmlərarası sürətli naviqasiyanı və rahat girişi təmin edir, seriallara, proqramlara, həmçinin idman və digər istənilən başqa məzmuna rahat keçid imkanı yaradır.