Bu gün Mərkəzi Asiya ölkələri Azərbaycanla səmərəli əməkdaşlıq edir, ticarət, nəqliyyat, "yaşıl enerji" sahəsində layihələr həyata keçirir.
Oxu.Az Özbəkistan Prezidentinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, bunu Prezident Şavkat Mirziyoyev Türkmənistanda Mərkəzi Asiya dövlət başçılarının yeddinci Məşvərət görüşünün hazırlanması və keçirilməsi məsələlərinə həsr olunmuş xüsusi tədbirdə bildirib.
Qeyd olunur ki, iştirakçılar Daşkənddə keçiriləcək Mərkəzi Asiya dövlət başçılarının Məşvərət görüşünə hazırlıq məsələlərini müzakirə ediblər.
Ş.Mirziyoyevin sözlərinə görə, Özbəkistan siyasi dialoq, iqtisadi əməkdaşlıq və regional qarşılıqlı fəaliyyət sahəsində, o cümlədən su ehtiyatları, enerji və iqlim məsələlərində yeni təşəbbüslər təklif etməyə hazırdır.