“Schlumberger” şirkəti 11 min əməkdaşını (ştatın təxminən 15%-i) qazma işlərinin azalması, gəlirin aşağı düşməsi və neft şirkətlərinə investisiyaların azalması səbəbindən işdən azad etməyə hazırlaşır. Bu barədə Reuters xəbər yayıb.
Oxu.Az xəbər verir ki, şirkətin ixtisar olunmuş əməkdaşlarının ümumi sayı 20 min nəfərədək artacaq. Bu gün “Schlumberger” şirkətinin dünyanın 85 ölkəsindəki strukturlarında təqribən 120 min insan çalışır.
2014-cü ilin dördüncü rübündə şirkətin gəliri 302 milyon dollara düşüb.
www.oxu.az