Qlobal başlıca İKT həlləri provayderi olan “Huawei”, Azərbaycanda “Huawei”in flaqman korporativ məsuliyyət proqramı olan “Seeds for the Future” başlanmasını elan etdi.
2015-ci ilin dekabr ayında Azərbaycan Prezidenti İlham Əliyev, “Huawei” şirkətinin Pekində yerləşən sərgi mərkəzini ziyarət etdi və orada qeyd etdi ki, Azərbaycan informasiya və kommunikasiya texnologiyalarının (IKT) inkişafına böyük diqqət yetirir və eyni zamanda “Huawei”in bu prosesdə həlledici rolu var.
Azərbaycan hökuməti, eyni zamanda gəncləri qlobal təcrübə toplamağa və beynəlxalq əlaqələri gücləndirməyə cəsarətləndirmək arzusundadır. Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə əməkdaşlıq edən “Huawei”, İKT sektorunda gəncləri kəşf etmək və inkişaf etdirmək üçün “Seeds for the Future” proqramına start verir.
Bu proqram, yerli İKT bacarığını inkişaf etdirmək, biliyin ötürülməsi prosesini gücləndirmək və qabiliyyətli ETMM tələbələrinin bacarıqlarını və həyat imkanlarını artırmağa cəhd edir.
Azərbaycandan bu proqrama qatılan universitetlər; Naxçıvan Dövlət Universiteti və Naxçıvan Universitetidir. Münsiflər heyəti İKT biliyinə malik ən yaxşı 6 tələbəni seçəcək və Çində bu tələbələrin həyatını dəyişə bilən bir səfər baş tutacaq.
Çindəki iki həftəlik proqram Pekində vaxt keçirməklə başlayır və burada tələbələr Çin mədəniyyətini və Mandarin dilini öyrənmək şansını əldə edirlər. Daha sonra tələbələr, öz vaxtlarını “Huawei”in Şenzen düşərgəsində İKT başlıca texnologiyası, mobil, şəbəkə və bulud hesablama üzrə uzunmüddətli cərəyanlar barədə öyrənəcəklər.
Onlar, eyni zamanda İKT təlim kurslarına qatılacaq və biznes sahələrində müəyyən yerlər tutacaqlar.
“Huawei”in məqsədi İKT təlimləri üçün daha bacarıqlı tələbələri Azərbaycandan Çinə gətirmək və Azərbaycan universitetləri ilə əməkdaşlıq edən yerli İKT təlim proqramı açmaqdır.
Yerli olaraq bu proqram dörd hissədən ibarət olan və “Gözəl Azərbaycan” adlanan “Huawei”in mühüm KSM layihəsinin bir hissəsidir. Layihənin dörd hissəsi bunlardır: Gözəl Zəkalar, Gözəl Mədəniyyət, Gözəl Təbiət və Gözəl Xalq.
“Huawei”in artan investisiyası böyük Azərbaycan millətinə sadiqliyi ilə “Huawei”, Çin və Azərbaycan arasındakı ticari və iqtisadi əlaqələri gücləndirmək yolunda daha böyük rol oynamaq niyyətindədir.